"Moskva və Ankara Suriya ərazi bütövlüyünün bərpasında maraqlıdır". "Moskva və Ankara Suriya ərazi bütövlüyünün bərpasında maraqlıdır".

Lavrov Türkiyə üçün önəmli şərtləri açıqladı

"Moskva və Ankara Suriya ərazi bütövlüyünün bərpasında maraqlıdır".

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyanın şimalında bufer zonası yaratması üçün şərtləri açıqlayıb.

Mərakeşdə brifinqdə çıxış edən Lavrov bu məsələdə Ankaranın ilk növbədə Dəməşqlə anlaşma əldə etməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, Moskva və Ankara Suriya ərazi bütövlüyünün bərpasında maraqlıdır.

“Bu məsələdə Rusiya Dəməşqlə Ankara arasında imzalanan Adan sazişinin qüvvədə qalmasına istinad edir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin kürdlərin nəzarətində olan Kobani, Tal, Abyad və Qamışlı şəhərlərini əhatə edəcək təhlükəsizlik zonasını yaratmaq niyyətində olduğunu açıqlayıb. O, Türkiyənin bu məsələdə tərəfdaş ölkələrdən “loqistik dəstək” gözlədiyini bildirib. (oxu.az)

AzNews.az