Suriya məsələsi müzakirə ediləcək. Suriya məsələsi müzakirə ediləcək.

Lavrov görüş tarixini açıqladı

Suriya məsələsi müzakirə ediləcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya məsələsi ilə bağlı Astana üçlüyünün görüş tarixini deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Lavrov Suriya məsələsində həll yolu tapmaq məqsədilə yaradılan Türkiyə, Rusiya və İrandan ibarət qrupun iclaslarının baş tutacağı tarixi açıqlayıb.

Lavrov qazaxıstanlı həmkarı Beibut Atamkulov ilə görüşündən sonra açıqlama verib:

“Dostlarımızın Suriya mövzusunda beynəlxalq iclası təşviq etməyə çalışmaları təqdirəlayiqdir. İclasın gələn ayın ortasında Astanada baş tutması planlaşdırılır”.

Pərvanə Ağazadə

AzNews.az