Abidə dəfələrlə xuliqanların hücumuna məruz qalıb Abidə dəfələrlə xuliqanların hücumuna məruz qalıb

Dərbənddə Nizami Gəncəvinin abidəsi vandallardan qorunacaq

Abidə dəfələrlə xuliqanların hücumuna məruz qalıb

Dərbənd şəhərinin rəhbərliyi dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin abidəsini vandallardan necə qorumağın yollarını müəyyənləşdirib.

Bu barədə şəhər meri Xəzri Abakarov sosial şəbəkədəki bloqunda yazıb.

Dərbənd başçısı şairin yeni abidəsinin qranit və ya bürüncdən hazırlanacağını söyləyib.

Azərbaycan ustaları artıq yeni abidə üçün iki variant təqdim ediblər. Hər iki layihə ictimaiyyətə təqdim edilib. Sakinlər yeni heykəlin necə görünəcəyini özləri seçəcəklər.

Daha əvvəl abidə dəfələrlə xuliqanların hücumuna məruz qalıb.(report.az)

AzNews.az