Moskvada rəis jurnalistə görə işdən qovuldu - 1200 nəfər aksiya keçirdi

Bu barədə o, sosial şəbəkədə yazıb

Haqqında cinayət işi açılan və ev dustaqlığında saxlanılan “Meduza” nəşrinin əməkdaşı İvan Qolunova dəstək aksiyasında Aleksey Navalnı saxlanılıb.

Image result for navalny

AzNews.az gazeta.ru-ya istinadən xəbər verir ki, ümumilikdə isə 1200 nəfərin iştirak etdiyi icazəsiz aksiyada saxlanılanların sayı 200-ə nəfərə çatıb.

Bu faktı DİN-in Moskva şəhəri üzrə Baş İdarəsi təsdiq edib.

Dünən Rusiya Daxili İşlər Nazirliyi Qolunova qarşı işi bağlamaq haqda qərar verib və o, azadlığa buraxılıb. Ancaq buna baxmayaraq aksiya təxirə salınmayıb və Moskvanın mərkəzində baş tutub.

Jurnalist iyunun 11-də Rusiya DİN Baş İstintaq idarəsinin binasını tərk edən zaman bildirib ki, iyunun 12-də icazəsiz aksiyada iştirak etmək niyyətində deyil.

ГоÐ

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev də insidentlə bağlı verdiyi müsahibəsində bildirmişdi ki, çərşənbə axşamı jurnalist ev dustaqlığından azadlığa çıxacaq:

"Bu, Qolunovun cinayət işinin dayandırılması haqqında qərarla tanış olduqdan dərhal sonra baş verəcək".

Image result for министр внутренних деÐ

Kolokoltsev deyib ki, bu işlə məşğul olan əməkdaşlar vəzifələrindən çıxarılıblar:

"DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin Moskva üzrə rəisinin də işdən çıxarılması haqda qərar verilib. Onların vəzifədən azad edilməsi haqqında vəsatət Rusiya prezidenti Vladimir Putinə göndərilib".

Babək Göyüş

AzNews.az