Hadisə iyulun 7-də şəhərin Sitnikovsk küçəsində qeydə alınıb Hadisə iyulun 7-də şəhərin Sitnikovsk küçəsində qeydə alınıb

Azərbaycanlı Rusiyada qəza törətdi - Ölən var

Hadisə iyulun 7-də şəhərin Sitnikovsk küçəsində qeydə alınıb

Rusiyanın Ryazan şəhərində “Lexus” və “KIA Rio” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər ağır xəsarət alıb.

Hadisə iyulun 7-də şəhərin Sitnikovsk küçəsində qeydə alınıb.

İnsident nəticəsində “Kia Rio”nun 36 yaşlı qadın sürücüsü, Ryazan şəhər sakini hadisə yerindəcə ölüb.

“Lexus”un sürücüsü, eləcə də onun 31, 23 və 6 yaşlı sərnişinləri yaralanaraq xəstəxanaya yerləşdirilib.

Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin məlumatına görə, qəzanı Mixaylov şossesi istiqamətində hərəkət edən “Lexus” markalı avtomobilin sürücüsü, 25 yaşlı azərbaycanlı törədib. Belə ki, o, önündə gedən avtomobilin qarşısına keçmək istəyib, bu zaman inomarka ilə toqquşma baş verib.

Sözügedən şəxs sürücülük hüququndan məhrum edilib. Ona qarşı cinayət işi açılıb, həmçinin barəsində inzibati həbs qərarı verilib.(qafqazinfo.az)

AzNews.az