• Rusiya
  • 29 İyul 2019 10:54
  •  581

Moskvanın Yerevandakı səfiri Lavrovun müavini olacaq

O, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin yerinə təyin olunacaq

Rusiyanın Ermənistandakı keçmiş səfiri İvan Bolınkin Rusiya xarici işlər nazirinin müavini təyin ediləcək.

Bu məlumatı “Kommersant” yayıb.

O, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin yerinə təyin olunacaq.

Qeyd edək ki, İvan Volınkin 1959-ci il martın 11-də anadan olub. O, hazırda Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin direktoru vəzifəsində işləyir. İ.Volınkin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsititutunu bitirib. 1981-ci ildən Xarici İşlər Nazirliyi sistemində işləyir. O, Rusiya və keçmiş SSRİ-nin Serbiya, Yuqoslaviya, ABŞ, Çernoqoriya, Gürcüstan və Makedoniyadakı səfirliklərində və nümayəndəliklərdə müxtəlif vəzifələri tutub. 2009-2013-cü illərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun köməkçisi, 2013-2018-ci illərdə Rusiyanın Ermənistandakı səfiri vəzifəsində çalışıb.(report.az)

AzNews.az