Rusiyanın Antalyadakı Baş Konsulu Oleq Roqoza da bu barədə danışıb Rusiyanın Antalyadakı Baş Konsulu Oleq Roqoza da bu barədə danışıb

4 rusiyalı uşaq Türkiyədə öldü - ŞOK İDDİA

Rusiyanın Antalyadakı Baş Konsulu Oleq Roqoza da bu barədə danışıb

"Moskovskiy Komsomolets" qəzeti son bir ayda yaşları 5-19 arasında dəyişən 4 rusiyalı uşağın Türkiyədə tətil edərkən həyatlarını itirdiyini iddia edib.

AzNews.az xəbər verir ki, Rusiya mətbuatı Türkiyə kurortlarında turistlərin ölümləri haqda material dərc edir. Son olaraq bu haqda "Moskovskiy Komsomolets" qəzeti yazıb.

İddiaya görə, ölən 4 uşağın üçü boğulmadan, biri isə appendisitdən ( korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabı) ölüb.

Rusiyanın Antalyadakı Baş Konsulu Oleq Roqoza ilin əvvəlindən bəri çox sayda Rusiya vətəndaşının həyatını itirdiyini deyib. O, qeyd edib ki, ölən insanların çoxu xəstəlikdən dünyalarını dəyişib.

Rusiya Turizm Birliyinin başçısı Sergey Şpilko Türkiyədə ölən rus turistlərinin sayının çox aşağı olduğunu söyləyib.

Turkrus saytının verdiyi məlumata görə, RANHiGS-in professoru Qalina Dehtyar hər bir ailə öz övladlarının təhlükəsizliyini qorumalı və heç bir şəkildə tək qoymamaları barədə xəbərdarlıq edib.

Gül Qədirli

AzNews.az