Rusiya MN-i məlumat yaydı Rusiya MN-i məlumat yaydı

Döyüş maşınları təyyarədən düşdü: Xəsarət alanlar var – FOTO/VİDEO

Rusiya MN-i məlumat yaydı

Rusiyanın Orenburq vilayətində sentyabrın 20-də “Mərkəz-2019” təlimlərinin gedişatında iki döyüş maşını “IL-76” təyyarələrindən yerə düşüb.

AzNews.az-ın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, qəzaya səbəb desantlaşma zamanı maşınların paraşüt sisteminin açılmaması olub.

Nazirlik bildirir ki, hadisə zamanı maşınlarda heyət olmayıb və xəsarət alan yoxdur.

“Life.ru”nun verdiyi məlumata əsasən, DDM-2 yerə 1,5 km hündürlükdən düşüb . Hadisə zamanı beş hərbiçi xəsarət alıb. Onlar müxtəlif sınıqlarla xəstəxanaya yerləşdiriliblər.

AzNews.az

image description image description image description image description image description image description