Peskov: Günün sonuna qədər onların təbriki qarşıma çıxmayıb Peskov: Günün sonuna qədər onların təbriki qarşıma çıxmayıb

Tramp və Zelenski Putini təbrik etmədi

Peskov: Günün sonuna qədər onların təbriki qarşıma çıxmayıb

Rusiya Prezidenti Vladimir Putinə gələn doğum günü təbrikləri arasında ABŞ Prezidenti Donald Tramp və ya Ukrayna Prezidenti Vladimir Zelenskiyə aid məktublara rast gəlməmişəm.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“Günün sonuna qədər Tramp və Zelenskidən heç bir təbrik qarşıma çıxmayıb. Ümumiyyətlə olmayacağını, yoxsa gecikdiyini hazırda dəqiq deyə bilmərəm. Hərdən sadəcə diplomatik kanallarda gecikmə olur. Ola da bilər ki, ümumiyyətlə təbrik gəlməsin”, - Peskov bildirib. (Axar.az)