Vaşinqton Ankara ilə əlaqələrin gərginləşməsini istəmir Vaşinqton Ankara ilə əlaqələrin gərginləşməsini istəmir

Tramp “erməni soyqırımı” qətnaməsini yerə vurdu - yeni gəlişmə

Vaşinqton Ankara ilə əlaqələrin gərginləşməsini istəmir

ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməyə bəyanatlar şəklində etirazlar olsa da, praktik addımlar müşahidə edilmədi. Türkiyənin siyasi rəhbərliyi, o cümlədən rəsmi Bakı Palatanın bu qərarını pislədi.

Lakin Amerikanın ermənilərin “çörəyinə yağ çəkən” və Ankaraya təzyiq rıçağı kimi istifadə etdiyi “soyqırımı” qətnaməsi ilə bağlı Vaşinqtona hər hansı ciddi hərəkətlənməsi olmadı.

Bəzi müşahidəçilərin fikrincə, Türkiyə və ABŞ-ın ortaq istifadəsində olan İncirlik hərbi bazası ilə bağlı rəsmi Ankara addım ata bilər.

Bu qətnamənin bir ucunun da Azərbaycana gəlib dəydiyini nəzərə alsaq, belə fikirlər səsləndirilir ki, Amerika təyyarələrinin ölkəmiz üzərindən Əfqanıstana uçuşuna hər hansı məhdudiyyət qoyula bilər.

G-20 zirvə toplantısında Ərdoğanın Trampa Türkiyəyə sanksiyalar tətbiq edəcəyiniz təqdirdə NATO-dan çıxa biləcəkləri və İncirlik hərbi bazasını bağlayacağını söylədiyi iddia edilirdi.

Noyabrın 6-da isə ABŞ prezidenti Donald Trampın administrasiyasında Konqresin Nümayəndələr Palatasında qəbul edilmiş “erməni soyqırımı”nın tanınması və Türkiyəyə qarşı sanksiyaların tətbiqi barədə qətnamələrin əleyhinə çıxıblar. Bu barədə “Bloomberg” məlumat yayıb.

trump ile ilgili görsel sonucu

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi nəşrə açıqlamasında deyib: “Soyqırımı haqqında qətnamənin, Suriyaya müdaxiləyə görə Türkiyənin qınanması ilə eyni vaxtda qəbulu uyğun olmayan məqamda edilib və qanunvericiliyin qəbuluna gətirib çıxara bilər, hansı ki, böyük ehtimalla, daha çox cəza hesab ediləcək, nəinki prinsipiallıq”.

Dövlət Departamentinin nümayəndəsi ABŞ-in “erməni soyqırımı” ilə bağlı mövqeyinin dəyişmədiyini də qeyd edib. Onun sözlərinə görə, ABŞ qurbanları xatırlayır və onlara görə kədərlənir.

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Tramp administrasiyası Türkiyə ilə münasibətlərin gərginləşməsinin əleyhinədir. Onun fikrincə, Nümayəndələr Palatasının qətnaməsi “Ağ Ev” rəhbəri tərəfindən heçə sayılıb: “Qətnamənin qəbulu ajiotaj doğurmuşdu. Türkiyə ciddi etirazını bildirdi, arxivlərin təzədən açılmasını tələb etdi.

Lakin əsas məsələ Türkiyə və Amerika arasında Suriya gərginliyindən başlamışdı. Kürd terrorçular Amerika əsgərləri kimi davranırlar, ABŞ-ın neft quyularını qoruyurlar.

Ramiyə Məmmədova ile ilgili görsel sonucu

Amma qətnamənin qəbulunda tək erməni deyil, yəhudi lobbisi də dəstək verdi. Əslində həmin qətnamə nəticə kimi qəbul olundu, təsdiqlənmədi.

Tramp administrasiyası da “erməni genosidi” məsələsinin düzgün olmadığını açıqladı, Nümayəndələr Palatasının qətnaməsini heçə saydı.

Amerika prezidenti iki ölkə arasında əlaqələrin gərginləşməsini istəmir. Bu mənada həm ermənilər pərt oldular, həm də Ankara ilə münasibətlərin daha da pisləşməsinin qarşısı alındı".

Politoloq hesab edir ki, indiki məqamda İncirlik bazasının bağlanması gündəmdə deyil. Onun sözlərinə görə, Ankara Vaşinqtonla əlaqələrin bu həddə qədər ağırlaşmasının tərəfdarı deyil.

“Tramp administrasiyasının qətnamə barədə açıqlaması gərginliyi səngitdi və Nümayəndələr Palatasının qərarını qüvvədən salmış oldu”, - deyə ekspert vurğuladı.

Analitik Natiq Miri Tramp administrasiyasının açıqlamasını gecikmiş addım kimi qiymətləndirir. Onun fikrincə, Nümayəndələr Palatasında qondarma soyqırımı haqda qətnamənin qəbulundan dərhal sonra Tramp müttəfiq ölkə olan Türkiyə ilə münasibəti pozmamaq üçün açıqlama verməliydi.

“Görünür, Tramp təzyiq altındadır. Lakin nəzərə alınmalıdır ki, YPG silahlılarının Suriyada təhlükəsizlik zonasından çıxarılması barədə Türkiyə və ABŞ arasında anlaşma var. ABŞ-ın üzərinə götürdüyü öhdəliklərdən biri də Türkiyəyə qarşı sanksiyaların ləğvidir.

Buna rəğmən, Türkiyənin Suriyada hərbi və diplomatik uğurunun ardınca sanksiyalar və qondarma soyqırımı tanımaq məsələsi Amerikada meydana çıxır. Bu hadisələr göstərdi ki, məsələ erməni lobbisinin könlünü almaq deyil, Türkiyə düşmənliyini sürdürən qüvvələrin işidir. Tramp administrasiyasının bu açıqlaması, sadəcə, Türkiyənin könlünü almaq xarakteri daşıyır", - deyə N.Miri qeyd etdi.

Ekspertin sözlərinə görə, noyabrın 13-də Ərdoğanın Amerikaya səfəri planlaşdırılır: “Bu səfərin baş tutacağı dəqiqləşməyib. Amerika bir mərkəzdən idarə olunmayan ölkəyə çevrilib. Tramp Türkiyə ilə anlaşır, Pentaqon isə yenə terrorçuları maliyyələşdirir, silah verir.

Hesab edirəm ki, yaxın günlərdə Trampla Ərdoğanın telefon danışığı olacaq. Türkiyə prezidenti həmkarından bəzi zəmanətlər istəyə bilər. Yalnız o halda Ərdoğanın Amerikaya səfəri baş tuta bilər".

Politoloq Türkiyənin əlində ABŞ-a qarşı təzyiq mexanizminin mövcud olduğunu düşünür: “Proqram çoxdan işlənib. Biri də NATO-nun hərbi bazasıdır. Amerika qoşunlarının çıxarılması gündəmə gətirilə bilər. Amma bunu etmək indi tələskən qərar olardı”. (“Yeni Müsavat”)

AzNews.az