Moskva Dövlət Universitetinin rektoru: Heydər Əliyev əfsanəvi insan idi

lqlarımızın dostluğu və anlayışı üçün çox işlər görüb

"Bu gün böyük hadisə baş verdi - Azərbaycan üçün və ölkələrimizin dostluğu üçün çox işlər görən əfsanəvi insan Heydər Əliyev haqqında kitabın ikinci nəşri təqdim edildi. Onun töhfəsi tarixə düşəcək".

Bu sözləri M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gecəsində çıxışı zamanı deyib.

"Heydər Əliyev Sovet İttifaqının liderlərindən biri idi, o zaman Moskva Universitetində də olub. Azərbaycan müstəqil inkişaf etməyə başlayandan sonra o, bir neçə dəfə Moskva Dövlət Universitetinə gəlib, doktor adına layiq görülüb. Mənim üçün Heydər Əliyev, onunla keçirdiyimiz görüşlər, onun düşüncələri, planları - mən də bir müddət bu planları müddət gerçəkləşdirməli olmuşam - onun dahi insan, Azərbaycan xalqının dahi övladı olduğundan xəbər verir. O, tarixə düşən insandır. Xalqlarımızın dostluğu və anlayışı üçün çox işlər görüb. Bu gün də bir daha əfsanəvi insanı xatırladıq", - V.Sadovniçni bildirib.

AzNews.az