Bu barədə baş nazir Mixail Mişustin sərəncam verib Bu barədə baş nazir Mixail Mişustin sərəncam verib

Rusiya Çin vətəndaşlarını ölkəyə buraxmayacaq

Bu barədə baş nazir Mixail Mişustin sərəncam verib

Çin vətəndaşlarının Rusiyaya buraxılması qadağan olunub.

AzNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Mixail Mişustin sərəncam verib.

Giriş fevralın 20-dən tam bağlanır. Bu tarixdən başlayaraq Rusiya ərazisinə Çin vətəndaşlarının turistik, şəxsi yaxud iş məqsədi ilə səfərləri qadağan olunur.

Qadağalar 2019-cu ilin dekabrından başlayaraq Çində tuğyan edən koronavirusun yayılmasının qarşısını almaq üçün atılıb.