Lyubimovanın xəstəliyi yüngül formada keçir Lyubimovanın xəstəliyi yüngül formada keçir

Rusiyada daha bir nazir koronavirusa yoluxdu

Lyubimovanın xəstəliyi yüngül formada keçir

Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova koronavirusa yoluxub.

AzNews.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin mətbuat katibi Anna Usaçeva yoluxma barədə məlumatı təsdiqləyib.

O bildirib ki, Lyubimovanın xəstəliyi yüngül formada keçir, buna görə xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur.

Bununla da Olqa Lyubimovanın Rusiya hökumətində koronavirusa yoluxan üçüncü nazir olduğu qeyd olunub. Daha əvvəl isə Rusiyanın Baş Naziri Mixail Mişustinin və İnşaat naziri Vladimir Yakuşevin də koronavirusa yoluxduğu təsdiqlənmişdi.