Siyasətçi iki həftə evində özünütəcrid şəraitində qalacaq Siyasətçi iki həftə evində özünütəcrid şəraitində qalacaq

Peskov koronavirusdan sağaldı

Siyasətçi iki həftə evində özünütəcrid şəraitində qalacaq

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirusdan sağalıb və xəstəxanadan buraxılıb. AzNews.az-ın məlumatına görə, bu barədə o “RİA Novosti”yə bildirib.

“Bu, doğrudur”, - xəstəxanadan buraxılıb-buraxılmaması barədə sualını cavablandıran Peskov deyib.

"İnterfaks"ın yazdığına görə, siyasətçi iki həftə evində özünütəcrid şəraitində qalacaq.

Xatırladaq ki, daha əvvəl D.Peskovun xanımı, tanınmış rəqqasə- fiqurist Tatyana Navka koronavirusdan sağalmışdı.