Moskvada daha 58 nəfər Covid-19 qurbanı oldu

Bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 2864 nəfərə çatıb

Moskvada son sutka ərzində daha 58 nəfər koronavirusdan dünyasını dəyişib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 2864 nəfərə çatıb.

Qeyd edək ki, bütövlükdə Rusiyada koronavirusa yoluxma halı 449 834-ə çatıb, 5 528 nəfər dünyasını dəyişib, 212 680 pasiyent sağalıb.