- Rusiya və İran
- 4 İyul 2020 09:01
- 6 313
Moskvada son sutkada koronavirusdan 25 nəfər öldü

154 min 839 nəfər xəstəliyə qalib gəlib
Moskvada son sutka ərzində daha 25 nəfər koronavirusdan dünyasını dəyişib.
AzNews.az “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19 qurbanlarının sayı 3929 nəfərə çatıb. Son 24 saat ərzində isə 659 nəfər virusa yoluxub. Hazırda Moskvada 223 min 530 koronavirus xəstəsi var.
154 min 839 nəfər isə xəstəliyə qalib gəlib.