Rusiyada son sutkada 5 mindən çox yoluxma

Yeni yoluxma halları 84 regionda aşkarlanıb

Rusiyada son sutka ərzində daha 5 189 nəfərdə koronavirus aşkarlanıb, 77 xəstə vəfat edib, 3 215 nəfər xəstəxanadan evə buraxılıb.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Yeni yoluxma halları 84 regionda aşkarlanıb.

Daha çox yeni yoluxma halı Moskvada qeydə alınıb – 689 nəfərdə.

Pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə 887 536 nəfərdə koronavirus aşkarlanıb, 14 931 nəfər dünyasını dəyişib, 693 422 nəfər sağalıb.