Vladimir Putin Rusiyada koronavirusa qarşı dünyada ilk peyvəndin qeydiyyatdan keçdiyini açıqlayıb Vladimir Putin Rusiyada koronavirusa qarşı dünyada ilk peyvəndin qeydiyyatdan keçdiyini açıqlayıb

Rusiyanın peyvəndi koronavirusdan ən azı 2 il qoruyacaq

Vladimir Putin Rusiyada koronavirusa qarşı dünyada ilk peyvəndin qeydiyyatdan keçdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi və “Qamaleya” adına Milli Tədqiqat Mərkəzi tərəfindən birlikdə hazırlanan koronavirus peyvəndi qəbul edildikdən sonra ən azı iki il ərzində vətəndaşları infeksiyadan qoruyacaq.

AzNews.az xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının efirində “Qamaleya” adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq danışıb.

“Peyvəndin təsir müddəti və qoruyucu xüsusiyyətləri qısa müddət- altı ay və ya bir il deyil, ən azı iki il davam edəcək”,- deyə Qintsburq bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 11-də ölkədə koronavirusa qarşı dünyada ilk peyvəndin qeydiyyatdan keçdiyini açıqlamışdı.