Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Rusiyada koronavirus vaksininin istehsalına başlanıldı

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Rusiyada N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış koronavirus əleyhinə vaksinin istehsalına başlanılıb. AzNews.az “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinin istehsalına başlanılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə olaraq koronavirus vaksini qeydiyyatdan keçirib. O, “Sputnik V” adını alıb.