Dimitri Peskov belə deyib Dimitri Peskov belə deyib

"Qarabağ böhranının həlli hər hansı rəqabət üçün meydan ola bilməz"

Dimitri Peskov belə deyib

Qarabağ münaqişəsinin siyasi həlli Rusiya ilə ABŞ arasında rəqabət meydanına çevrilməməlidir.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşü zamanı bildirib.

“Hazırda kəskin mərhələdə olan Qarabağ böhranının həlli hər hansı rəqabət üçün meydan olmamalıdır və ola bilməz”, - deyən Kreml rəsmisi bu istiqamətdə ABŞ-ın Rusiyadan daha çox iş görüb-görməməsinə dair suala cavab verərkən deyib.

“Minsk qrupunun həmsədri kimi Rusiya bu müharibəni dayandıracaq hər bir addımı alqışlamağa hazırdır”, - o deyib.