- Rusiya və İran
- 29 Noyabr 2020 12:10
- 5 011
Moskvada bir gündə 72 nəfər koronavirusdan ölüb
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 8828-ə çatıb
Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 72 nəfər dünyasını dəyişib.
AzNews.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 8828-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 592,4 mindən çox insanda koronavirus aşkar olunub, 441,5 mindən çox xəstə isə müalicə olunaraq sağalıb.