• Rusiya
  • 25 Yanvar 16:39
  •  1 840

“NATO Ukraynada tarixinin ən böyük hərbi hazırlığına başlayıb”

"Qərbin davranışları Moskvadan tələbləri ilə ziddiyyət təşkil edir"

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov “Telegram” kanalında Ukrayna ilə bağlı paylaşım edib.

AzNews.az-ın xəbərinə görə, rusiyalı senator NATO-nun Ukraynadakı məqsədinin bu ölkəni silahla doldurmaq olduğunu deyib.

O bildirib ki, ABŞ və NATO Ukraynadakı gərginliyi sabitləşdirməyə deyil, silah, hərbi ekspertlər və xüsusi əməliyyat əsgərləri ilə doldurmağa çalışırlar. Ukrayna ətrafındakı vəziyyəti və onun Avropada təhlükəsizliyini gücləndirməyi bəhanə edirlər.

O ABŞ-ın Ukraynaya 80 ton silah, Çexiya sursatları, Baltikyanı ölkələrdən “Javelin” və “Stinger” tank əleyhinə sistemləri, İngiltərənin tank əleyhinə silahları göndərdiyini xatırladıb. Puşkov daha çoxunu təmin edəcəklərini, Hərbi Alyansın Qara dəniz və Bolqarıstandakı hərbi mövcudluğunu artırdığını qeyd edib.

Rus senator Qərbin davranışlarının Moskvadan tələbləri ilə ziddiyyət təşkil etdiyini də vurğulayıb .

“NATO ölkələri Ukrayna ətrafında gərginliyin azaldılmasını tələb edərkən, tarixinin ən böyük hərbi hazırlıqlarına Ukraynada başladılar”, - o əlavə edib.

Şəbnəm Zahir