• Rusiya
  • 4 Avqust 19:34
  •  3 372

Rusiyalı politoloq: “Ermənistan Azərbaycanla Rusiya arasında nifaq salmağa çalışır”

"Müharibə olarsa, ermənilər məğlub olacaq”

“Ermənistan Azərbaycanla Rusiya arasında nifaq salmağa, müharibə başlanmasına çalışır”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib.

Onun sözlərinə görə, Ermənistan öz təxribatları ilə Azərbaycan və Rusiya arasında nifaq salmağa - 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün şərtlərinə əməl olunmadığına görə rəsmi Bakının Moskvanı İrəvana kifayət qədər təzyiq göstərməkdə təqsirləndirməyə məcbur etməyə çalışır.

“Bu, iki ölkə arasında inamsızlıq mənbəyinə çevrilə və son nəticədə müharibənin başlanmasına gətirib çıxara bilər. Ermənilər də bunu - rusiyalı əsgərlərin erməni maraqları uğrunda döyüşməsini istəyir”, - D.Qrevtsova bildirib.

O həmçinin qeyd edib ki, Qarabağda təxribatlar törətməklə ermənilər özləri üçün müəyyən üstünlüklər əldə etmək istəyirlər, lakin genişmiqyaslı müharibə gözləmək lazım deyil: "Ermənilər Azərbaycan Ordusundan qorxurlar. Onlar Azərbaycanın torpaqlarını necə tez geri qaytardığını gördülər. Müharibə olarsa, ermənilər məğlub olacaq”.