Rusiya XİN Aİ-ni regiona göndərəcəyi missiyanı Azərbaycanla razılaşdırmamaqda ittiham edib

Rusiyanın Cənubi Qafqazda qeyri-regional amilin möhkəmlənməsinə dair prinsipial mövqeyi dəyişməyib.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Aİ-nin Ermənistan-Azərbaycan sərhədində iki illik missiya yerləşdirməsi barədə qərarı ilə bağlı bəyanatda bildirilib.

Bildirilib ki, əgər Brüssel səmimi qəlbdən Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olsaydı, Avropa İttifaqı öz missiyalarının işinin şərtlərini Azərbaycanla razılaşdırardı.