- Rusiya və İran
- 15 Aprel 2019 15:37
- 1 862
Uşaq bağçasından 150 nəfər təxliyyə olundu
Xəsarət alanların olmadığı deyilir
Rusiyanın Yekaterinburq şəhərində uşaq bağçasından 150 nəfər təxliyyə olunub.
Buna səbəb elektrik xətlərində yaranan tüstülənmə ilə əlaqədar həyəcan siqnalının işə düşməsi olub.
Qeyd olunur ki, təxliyyə olunanlardan 138-i uşaqdır. Xəsarət alanların olmadığı deyilir.
Tüstülənmənin qarşısı qısa müddətdə alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.(trend.az)
AzNews.az