Özəl qəbiristanlıqlar yaradılacaq

Xüsusi reyestrdən keçən şirkətlər dəfn xidmətləri göstərə biləcək

Rusiyada özəl qəbiristanlıqlar yaradılacaq.

Müvafiq sənəd Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır.

Burada söhbət dövlət-özəl tərəfdaşlığından gedir. Belə ki, "Dəfn işləri" haqqında yeni qanun özəl şirkətlərə dövlət torpağında yeni qəbiristanlıqlar yaratmaq imkanı verir.

Bildirilir ki, xüsusi reyestrdən keçən şirkətlər dəfn xidmətləri göstərə biləcək.(trend.az)

AzNews.az