- Rusiya və İran
- 18 Fevral 2020 22:43
- 7 093
Rusiya Çin vətəndaşlarını ölkəyə buraxmayacaq
Bu barədə baş nazir Mixail Mişustin sərəncam verib
Çin vətəndaşlarının Rusiyaya buraxılması qadağan olunub.
AzNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Mixail Mişustin sərəncam verib.
Giriş fevralın 20-dən tam bağlanır. Bu tarixdən başlayaraq Rusiya ərazisinə Çin vətəndaşlarının turistik, şəxsi yaxud iş məqsədi ilə səfərləri qadağan olunur.
Qadağalar 2019-cu ilin dekabrından başlayaraq Çində tuğyan edən koronavirusun yayılmasının qarşısını almaq üçün atılıb.