Bu barədə şəhər meri Sergey Sobyanin fərman verib Bu barədə şəhər meri Sergey Sobyanin fərman verib

Moskvada karantin rejimi uzadıldı

Bu barədə şəhər meri Sergey Sobyanin fərman verib

Rusiyanın paytaxtı Moskvada koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlər mayın 31-dək uzadılıb.

AzNews.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin fərman verib.

Əksər təşkilatların, eləcə də mədəniyyət müəssisələrinin, parkların açılmasına qoyulan qadağa davam edəcək. Ancaq mayın 12-dən etibarən sənaye və tikinti müəssisələrinin fəaliyyəti bərpa olunacaq.

Bundan başqa, 1-ci, 8-ci və 10-cu siniflərin şagirdləri 18-31 may tarixlərində onlayn dərslərə davam edəcəklər. 9 və 11-ci sinif şagirdləri də distant təhsil alacaqlar. Ümumi illik qiymətləndirmə 15 maydan gec olmayaraq aparılacaq.

Əvvəllər verilmiş iş icazələri avtomatik olaraq mayın 31-dək uzadılacaq.

Həmçinin, ictimai nəqliyyatda və ticarət obyektlərində maska taxmaq və əlcək geyinmək məcburi olacaq.