BRİKS çərçivəsində "SWIFT"-ə alternativin yaradılması müzakirə olunacaq – Rusiyalı nazir

Rusiyanın maliyyə naziri Anton Siluanov forumda "SWIFT"-ə alternativin yaradılması BRİKS ölkələrinin gələn il keçiriləcək iclasının gündəliyində duran məsələlərdən biri olacağını bildirib və əlavə edib ki, bir sıra BRİKS üzvlərinin artıq öz sistemləri var.

Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Biz maliyyə mesajlaşma sistemimizi, SPFS-i təqdim etməyə çalışırıq, çinli həmkarlarımızın öz sistemi var, digər BRİKS ölkələrinin də ya öz sistemləri var, ya da yaradırlar. Ona görə də bu məsələ pul orqanları və maliyyə agentlikləri tərəfindən müzakirə olunmalıdır. BRİKS-ə üzv ölkələrin və gələn il bu təşkilatın iclasının gündəmindəki məsələlərdən biri olacaq”, - deyə o bildirib.

Maliyyə Nazirliyinin hazırda Rusiyanın Qlobal Cənub ölkələri ilə maliyyə əməkdaşlığının potensialını necə qiymətləndirir sualına Siluanov vurğulayıb ki, Moskva Qərbdən Cənub-Şərqə bütün əlaqələri kəsir və “gələcəkdə tendensiya davam edəcək”.

Mövsüm