Rusiya XİN NATO-nun Qara dənizdəki fəaliyyətini Rusiya ilə müharibəyə hazırlıq adlandırıb

NATO-nun Qara dəniz regionunda və Şərqi Avropada aktiv fəaliyyəti alyansı Rusiya ilə mümkün toqquşmaya hazırlamaq məqsədi daşıyır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rumıniya aviabazasının (“Mihail Kogalniceanu” Konstansa qraflığında. – Red.) genişləndirilməsi Şimali Atlantika blokunun Şərqi Avropa və Qara dəniz regionunun cilovsuz hərbiləşdirilməsini davam etdirdiyinə daha bir sübutdur”, - nazirlikdən bildiriblər.

Rumıniya ilə yanaşı, Rusiya Xarici İşlər Nazirliyi NATO-nun Polşa və Baltikyanı ölkələrdə yerləşən imkanlarının güclənməsini görür. Xarici İşlər Nazirliyi vurğulayır ki, alyansın bu cür fəaliyyəti təxribat xarakteri daşıyır, Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdidlər əlavə edir və onun sərhədlərinin perimetri boyunca hərbi gərginlik yaradır.

Mövsüm

Aznews.az