- Rusiya və İran
- 7 Fevral 2025 10:50
- 3 529
Rusiya gedən əcnəbilər üçün məcburi şərtlər açıqlandı
Rusiya Daxili İşlər Nazirliyi ölkəyə gələn əcnəbilər üçün məcburi şərtləri açıqlayıb.
Rusiya Federasiyasına daxil olan bütün əcnəbilər, eləcə də artıq uzun müddət onun ərazisində olanlar tibbi müayinədən keçməlidirlər.
Bu tələb ölkədə uzun müddət qalan bütün əcnəbilərə, eləcə də səfər məqsədindən asılı olmayaraq Avrasiya İqtisadi İttifaqı ölkələrinin vətəndaşlarına şamil edilir.
Əcnəbilərdən hər il başqaları üçün təhlükə yaradan bir sıra xəstəliklərin olmadığını təsdiqləmək tələb olunur. Belə bir xəstəlik aşkar edilərsə, əcnəbi sonradan ölkəyə girişinə qadağa qoyulmaqla ölkədən deportasiya edilə bilər.
"Əgər səfərin məqsədi turizmdirsə və əcnəbinin Rusiyada qalma müddəti 3 aydan çox deyilsə, o zaman tibbi müayinə tələb olunmur", - deyə Rusiya Daxili İşlər Nazirliyi bildirir.
AzNews.az