KİV: ABŞ və İran gələn həftə danışıqlara başlayacaq

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff gələn həftə İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşəcək.

Aznews.az xəbər verir ki, bununla bağlı adı açıqlanmayan iki məlumatlı mənbə “Axios”a məlumat verib.

Bildirilib ki, görüş Norveçin paytaxtı Osloda baş tutacaq.

Hələlik ABŞ və İran sözügedən xəbəri təsdiq etməyib.