İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib

İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri Roman Starovoyt özünü güllələyib.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya KİV-i mənbələrə istinadən məlumat yayıb.

"Roman Starovoytun cəsədi Odintsovo şəhər dairəsindəki evində tapılıb", - mənbə bildirib.

Məlumata görə, R.Starovoyta qarşı Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov ifadə verib. A.Smirnov aprel ayında Ukrayna ilə sərhəddə müdafiə qurğularının tikintisi üçün ayrılmış azı 1 milyard rublu mənimsəmə işi ilə bağlı həbs edilib.

Qeyd edək ki, R.Starovoyt 2024-cü ilin may ayından bu vəzifəni tuturdu. Bundan əvvəl o, Kursk vilayətinin qubernatoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin onun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Aznews.az