FT: Aİ3 İrana sanksiyalarla bağlı möhlət verməyə hazırdır

Aİ3 ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) İslam Respublikası ABŞ və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) ilə dialoqu bərpa etməyə razılaşarsa, İrana sanksiyalarla bağlı möhlət verməyə hazırdır.

Bu barədə öz mənbələrinə istinadən Financial Times (FT) məlumat yayıb.

“Avropa ölkələri İran Vaşinqtonla danışıqları bərpa etmək və BMT-nin nüvə müfəttişləri ilə əməkdaşlıq etmək kimi şərtlərlə razılaşarsa, beynəlxalq sanksiyaların bərpası üçün yaxınlaşan vaxtdan möhlət verməyə hazırdır”, - nəşr yazır.

Qəzetin fikrincə, bir neçə aylıq gecikmə nəzərdə tutulur və onun təmin edilməsi BMT Təhlükəsizlik Şurasının qərarından asılıdır.

Mövsüm,

AzNews.az