- Rusiya və İran
- 30 İyul 17:13
- 1 405
Rusiya: Kamçatkada vulkan püskürür

Rusiyada zəlzələ...
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, 30 iyul 2025-ci ildə Kamçatka yarımadası sahillərində 8,8 bal gücündə zəlzələ baş verib.
Rusiyanın dövlət xəbər agentliyi RİA-nın məlumatına görə, Rusiyada 8,8 bal gücündə zəlzələnin baş verdiyi Kamçatka yarımadasındakı Klyuçevskoy vulkanı aktivləşib.
Vulkanda partlayışların olduğu bildirilir.
Partlayış zəlzələdən sonra baş verib.
Püskürmə aylardır davam edən vulkanik fəaliyyətdən və son 24 saat ərzində bölgədə qeydə alınan 180-dən çox zəlzələdən sonra baş verib.
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun bəyanatında deyilir ki, kül buludu vulkanın 90 kilometr şimal-şimal-şərqinə yayılaraq regional hava nəqliyyatı üçün potensial təhlükə yaradır.
Mövsüm,
AzNews.az