İran Prezidenti: Ölkəmizdə su böhranı ciddidir

İran ciddi su böhranı ilə mübarizə aparır...

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Məsud Pezeşkian Zəncan vilayətində Əyalət Planlaşdırma Şurasının iclasındakı çıxışında yaxın günlərdə ölkədə baş verə biləcək su böhranına diqqət çəkib.

"Su böhranı bu gün cəmiyyətin ciddi problemlərindən biridir və bütün məlumatlar göstərir ki, su ehtiyatları azalır, azalma tendensiyası var və biz quraqlığa doğru gedirik", - Pezeşkian bildirib.

Pezeşkian, nəzarət edilən su istehlakı olmasa, ölkənin bir çox şəhərinin su problemi ilə üzləşəcəyini ifadə edərək, "Su istehlakına nəzarət etməsək və idarə etməsək, sentyabr və oktyabr aylarında bəndlərdə su qalmayacaq, Tehranda su olmayacaq və ciddi problemlərlə üzləşəcəyik".

Mövsüm,

AzNews.az