“İran: ABŞ-la danışıqlar tələbi qəribə və qanunsuzdur”

AB3 ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpasından imtina üçün İranı ABŞ-la birbaşa danışıqlar aparmağa çağırırlar.

Bu barədə İran hökumətinin nümayəndəsi Fatimə Mohadjerani brifinqdə məlumat verib.

“Onlar (Avropa ölkələri – red.) istəyirlər ki, biz birbaşa o ölkə ilə danışıqlar aparaq ki, məhz özü bu razılaşmadan çıxıb (2015-ci ildə ABŞ, Rusiya, Çin və AB3 tərəfindən imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı – red.)”, – deyə o, bildirib.

Mohadjerani bu şərti “qəribə və qeyri-qanuni” adlandırıb.

Mövsüm,

AzNews.az