Kreml: Tramp və Putin arasında ikinci görüş tezliklə təşkil oluna bilər

ABŞ-Rusiya xəttində kritik bəyanat...

Kreml Sarayının sözçüsü Dmitri Peskov Rusiyanın Vladivostok şəhərində keçirilən 10-cu Şərq İqtisadi Forumunda mətbuatın suallarını cavablandırıb.

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın daimi iş əlaqəsi saxladıqlarını vurğulayan Peskov, “Yaxın vaxtlarda Tramp və Putin arasında ikinci görüş tez bir zamanda təşkil edilə bilər", - deyə qeyd edib.

"Prezidentlər lazım bilsələr, Alyaska görüşü kimi görüşün çox tez keçirilə biləcəyinə şübhəm yoxdur. İşgüzar ünsiyyət davamlı şəkildə davam edir", - o deyib.

Trampın yaxşı mənada "İstehzaçı" olduğunu ifadə edən Peskov, "Tramp çox daha konstruktivdir. O, yaxşı mənada çox" istehzaçıdır". Demək istədiyim odur ki, bizneslə məşğul ola bilirsənsə, niyə döyüşəsən? O, ABŞ-ın maraqları naminə müharibələri bitirmək üçün əlindən gələni etməyə çalışır".

"Bu baxımdan, onun maraqları bizim maraqlarımızla üst-üstə düşür. Biz də öz məqsədlərimizə, daha doğrusu, sülh yolu ilə nail olmaq istəyirik", - o deyib.

Mövsüm,

AzNews.az