Rusiyada I Beynəlxalq Nəqliyyat-Logistika Forumu keçiriləcək

Gələn ilin aprelində Rusiyanın Sankt-Peterburq şəhərində I Beynəlxalq Nəqliyyat-Logistika Forumu keçiriləcək.

Aznews.az xəbər verir ki, bunu "Rusiya Dəmir Yolları" (RDY) ASC-nin baş direktoru - İdarə Heyətinin sədri Oleq Belozyorov MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib.

"2026-ci il aprelin 1-3-də Sankt-Peterburqda qlobal əlaqə və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məsələlərinə həsr olunmuş I Beynəlxalq Nəqliyyat-Logistika Forumu keçiriləcək", - o qeyd edib.

O.Belozyorov Şuranın bütün iştirakçılarını "İttifaq Dövləti, Aİİ, MDB və ŞƏT çərçivəsində inteqrasiya əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş" bu tədbirdə iştirak etməyə dəvət edib.