- Rusiya və İran
- 17:03
- 1 068
Rusiya Finlandiyaya nota verib
Finlandiya Xarici İşlər Nazirliyi Rusiyadan Vuoksi çayı su elektrik stansiyası ilə bağlı iki ölkə arasında enerji sazişinin iki maddəsini ləğv edən nota alıb.
Bu barədə Yle məlumat yayıb .
“Finlandiya Xarici İşlər Nazirliyi Rusiyadan Vuoksi su elektrik stansiyası sazişinin iki maddəsinin ləğvi barədə rəsmi nota alıb”, - nəşr yazır.
Qeyd olunur ki, nota sazişin 3 və 4-cü maddələrinə şamil edilir, ona əsasən Rusiya tərəfi Finlandiyanı əvəzedici elektrik enerjisi ilə təmin edəcək. Rusiya sazişdən çıxmasını Finlandiyanın Rusiyadan elektrik enerjisi almaqdan imtina etməsi ilə izah edib.
Mövsüm,
AzNews.az