Rusiya vətəndaşı ilə evlilik deportasiyaya mane olmayacaq

Rusiya vətəndaşı ilə evlilik xarici vətəndaşın Rusiyadan deportasiya edilməsinə mane deyil.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Ali Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, məhkəmə Rusiya vətəndaşı ilə evli olan şəxsin ölkədən deportasiya edilməsi ilə bağlı qərar qəbul etdiyi təqdirdə, həmin əcnəbinin RF vətəndaşı ilə nikahda olması deportasiyaya maneə olmur.

Bu gün Dövlət Dumasına miqrasiya qanunvericiliyinə dəyişikliklə bağlı qanun layihəsi daxil olub. Qanunsuz miqrasiya ilə mübarizə və Rusiya vətəndaşlarının sağlamlığının qorunması üçün təqdim olunan qanun layihəsində tibbi müayinələrdən yayındıqlarına görə miqrantların məhkəmə qərarı ilə Rusiya Federasiyasından deportasiyasına icazə verilməsi təklif olunur.

Təhlükəli yoluxucu xəstəliklər və HİV, eləcə də narkotik istifadəsi üçün tibbi müayinə müddətinin Rusiya Federasiyasına daxil olduqdan sonra 30 günə endirilməsi təklif olunur. Əvvəllər bu müddət 90 gün olub.

Yenin qanunda miqrantlar ölkəyə 30 gündən çox gəliblərsə, illik müayinələrin tələb olunması, təhlükəli xəstəliklərin olmamasını təsdiq edən saxta sənədlərin saxtalaşdırılması və dövriyyəsinə görə cinayət məsuliyyətinin artırılması təklif olunur.

Yeni qanuna görə, tibbi təşkilatlar miqrantlardakı təhlükəli xəstəliklər barədə Daxili İşlər Nazirliyinə və Rospotrebnadzora tez bir zamanda deportasiya üçün məlumat verməlidirlər.

Tibbi müayinədən yayınan miqrantlar üçün cərimələrin 12 dəfə artırılaraq 25.000-50.000 rubla çatdırılması təklif olunur.

Aznews.az