- Rusiya və İran
- 17:28
- 1 232
İrəvanda İran əleyhinə keçirilən etiraz aksiyasının yeddi iştirakçısı saxlanılıb
İrəvanda İran səfirliyi qarşısında keçirilən icazəsiz etiraz aksiyasının yeddi iştirakçısı saxlanılıb.
Bu barədə Aznews.az Ermənistan KİV-lərinə istinadən xəbər verir.
"İran səfirliyi qarşısında keçirilən aksiyanın təhlükəsizliyi Ermənistan polisi tərəfindən lazımi qaydada təmin edilir. Yürüşə icazə verilməyib, bu səbəbdən yeddi nəfər inzibati qaydada həbs edilib", - Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan bildirib.
Qeyd edək ki, səfirlik qarşısındakı etiraz aksiyasını Ermənistanda yaşayan İran vətəndaşları keçirirlər. Aksiya iştirakçıları İran hakimiyyətinin müxtəlif İran şəhərlərində nümayişçilərə qarşı hərəkətlərinə etiraz edirlər və dini idarəetmə əvəzinə dünyəvi hakimiyyət tələb edirlər.
Yürüş keçirmək niyyətində olan etirazçılara polis icazə vermir. Etirazçılar səfirlik binası yaxınlığında oturaq aksiyaya başlayıblar.