- Rusiya və İran
- 15:45
- 1 702
Moskvada 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib
Azərbaycanın Moskvadakı səfirliyində 1990-cı il 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Aznews.az xəbər verir ki, mərasimdə Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları, tələbələr, diplomatik missiyanın əməkdaşları, eləcə də Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndələri iştirak ediblər.