Kreml Ukrayna üzrə sülh danışıqları barədə məlumat gözləyir

Rusiya ABŞ, Avropa və Ukraynanın sülhə dair apardığı danışıqlar barədə məlumat gözləyir.

Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə gündəmdə olan mövzularla bağlı açıqlamalar verib.

“Ukrayna böhranının həll prosesi hansı mərhələdədir?” sualına cavab verən Peskov bildirib:

“Amerikalılarla avropalılar arasında, ukraynalılarla avropalılar arasında müxtəlif mövzularda aparılan məsləhətləşmələr barədə məlumat almağımız vacibdir. Bu məsələlərlə bağlı təklifləri eşitmək bizim üçün önəmlidir. Ümid edirik ki, bu məlumatları vaxtında alacağıq.”

“UKRAYNA BÖHRANI QAPALI ŞƏKİLDƏ MÜZAKİRƏ OLUNUR”

Peskov, Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İsveçrənin Davos şəhərində keçirdiyi görüşün məzmunu barədə açıqlama vermək istəmədiyini deyib.

O qeyd edib:

“Görüş ictimaiyyətə qapalı şəkildə keçirilib. Ukrayna böhranı ilə bağlı bütün məsələlər qapalı formatda müzakirə olunur.”