- Rusiya və İran
- 19:31
- 908
İrandan Aİ-yə sərt xəbərdarlıq: Ordularınız terrorçu elan ediləcək
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, İnqilab Keşikçiləri Korpusunu "terror təşkilatı" kimi təyin edən Avropa Birliyi (AB) ölkələrinin ordularının İran tərəfindən "terrorçu" hesab ediləcəyini açıqladı.
Laricani Amerikanın X şirkətinə məxsus sosial media platformasındakı hesabında paylaşdığı açıqlamada AB-nin İranın konstitusiya hərbi qüvvəsi olan İnqilab Keşikçiləri Korpusuna qarşı mövqeyini sərt şəkildə tənqid edib.
Avropa İttifaqı yaxşı bilir ki, İran Parlamentinin qərarına əsasən, İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı elan edən ölkələrin orduları da terror təşkilatları hesab ediləcək. Buna görə də, yaranacaq bütün nəticələrə görə məsuliyyət bu qərarı verən Avropa ölkələrinin üzərinə düşəcək.
Mövsüm,
AzNews.az