İran ordusu İraq sərhədi yaxınlığında təlim keçirəcək

İran ordusu çərşənbə axşamı və çərşənbə günləri qərb sərhədindəki Qəsri- Şirin şəhərində hərbi təlim keçirəcək.

Yerli rəsmilər bu barədə məlumat yayıb.

Rayon qubernatoru təlimin 3 və 4 fevral tarixlərində keçiriləcəyini bildirib və sakinləri partlayış səslərinin təlimlə əlaqəli olacağı barədə xəbərdar edib.

Həmçinin bildirək ki, Qəsri-Şirin İranın İraqla sərhədinə yaxın ərazidə yerləşir.

Mövsüm,

AzNews.az