Əraqçi ABŞ-la danışıqların təxirə salınmasını təkzib edib

ABŞ-la nüvə danışıqları fevralın 6-da Omanda keçiriləcək.

Aznews.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

"ABŞ ilə nüvə danışıqları cümə günü səhər saat 10 radələrində Maskatda keçiriləcək. Omanlı qardaşlarıma təşəkkür edirəm ki, onlar bütün lazımi tədbirləri görüblər", - nazir qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl “Axios” portalı ABŞ və İran arasında keçirilməsi planlaşdırılan nüvə danışıqlarının ləğv edilməsi ilə bağlı məlumat yaymışdı.

AzNews.az