Ermənistan bunu nəzərə almalıdır - Overçuk

“Ermənistan Avropa İttifaqının Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi ittifaqa çevrilməsini nəzərə almalıdır”.

Aznews.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O bildirib ki, İrevanın Aİ-nin getdikcə iqtisadi blok modelindən uzaqlaşdığını qəbul etməsi vacibdir.

"Ermənilər hərbi-siyasi birliyə qoşulmağa hazırdırlarmı? Bəlkə də ermənilər özlərinə də bu sualı verməli olacaqlar", - o əlavə edib.

Aznews.az