- Rusiya və İran
- 14:25
- 1 731
İran Baş Qərargah rəisi "yeraltı raket şəhərlərinə" baş çəkib
ABŞ və İran arasında qarşıdurma davam edərkən, İranın Baş Qərargah rəisi general-mayor Əbdürrəhim Musəvi mühüm bir səfər edib.
Musəvi və onun nümayəndə heyəti İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) Aerokosmik Qüvvələrinə məxsus yeni yeraltı obyektlərdən birini ziyarət ediblər və bu obyektlər "raket şəhərləri" adlandırılıb.
Musəvini DMO Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi müşayiət edib.
Səfər zamanı raket bölmələrinin son nailiyyətləri, imkanları və əməliyyat hazırlığı səviyyəsi qiymətləndirilib.
General-mayor Musəvi səfəri zamanı bildirib ki, "Düşmənlərimizin hər hansı bir hərəkətinə hazırıq. Ballistik raketlərimizi bütün texniki aspektlərdə təkmilləşdirərək çəkindirmə qabiliyyətlərimizi gücləndirmişik. Bundan əlavə, 12 günlük müharibədən sonra asimmetrik müharibə siyasəti və düşmənlərimizə qəti cavab verməklə hərbi doktrinamızı müdafiədən hücuma keçirmişik " .
Mövsüm,
AzNews.az