- Rusiya və İran
- 16:28
- 1 787
Xamenei ofisinin rəsmisi: ABŞ-ın İrana məhdud hücumu regional münaqişəyə çevrilə bilər
Ali Rəhbər Əli Xameneinin ofisinin siyasi qanadındakı yüksək vəzifəli bir məmur çərşənbə axşamı ABŞ-ın İrana hücumunun daha geniş regional münaqişəyə çevrilə biləcəyini bildirib.
Xameneinin ideoloji-siyasi ofisində siyasi işlər üzrə müavini Rəsul Sənayerad bildirib ki, "Bəlkə də düşmən məhdud və nəzarətli müharibəyə başlaya biləcəyini düşünür, amma bu müharibə limitsiz, dağıdıcı və regional müharibəyə çevrilə bilər".
O, "düşmənin pis niyyət və aldatma tarixçəsinə" istinad edərək bildirib ki, İran müharibəyə tam hazırlıqlı olaraq Vaşinqtonla danışıqlar aparır.
Mövsüm,
AzNews.az